Anthropic-in süni intellekt xərcləri rekord həddə çatır!
Reuters-in məlumatına görə, şirkətin IPO sənədlərində SpaceX ilə hesablama infrastrukturu üzrə müqavilələrin ümumi dəyərinin 84,5 milyard dollara qədər ola biləcəyi göstərilib.

Anthropic süni intellekt modellərini inkişaf etdirmək üçün böyük hesablama gücü əldə etməyə davam edir. Reuters-in məlumatına görə, şirkətin IPO sənədlərində SpaceX ilə hesablama infrastrukturu üzrə müqavilələrin ümumi dəyərinin 84,5 milyard dollara qədər ola biləcəyi göstərilib.
Müqavilə çərçivəsində Anthropic SpaceX-in Colossus məlumat mərkəzlərindəki NVIDIA çipləri ilə işləyən hesablama gücündən istifadə edir. Daha əvvəl açıqlanan sənədlərdə şirkətin 2029-cu ilin mayına qədər ayda 1,25 milyard dollar ödəyəcəyi bildirilmişdi. Tərəflərin müqaviləni 90 gün əvvəlcədən xəbərdarlıq etməklə dayandırmaq hüququ da var. Anthropic ümumilikdə süni intellekt infrastrukturuna qarşıdakı 10 il ərzində ən azı 518 milyard dollar xərcləməyi planlaşdırır. Bu öhdəliklərə Google, Amazon və Microsoft kimi şirkətlərlə razılaşmalar da daxildir. Şirkətin IPO prospektinə görə, Anthropic-in 2025-ci ildə gəliri 4,6 milyard dollara yüksəlsə də, xalis zərəri 42 milyard dollar təşkil edib.