Capitalist.az
İqtisadiyyat

Çində Rusiya neftinə tələbat artır!

· 1 dəq ·

Ölkənin bazar payı ilin ilk yeddi ayında 83% təşkil edib. Lakin bu göstərici ötən ilki 88%-dən aşağıdır.

Çində Rusiya neftinə tələbat artır!

Çindəki neft emalı zavodları İran neftinin tədarükündə yaranan problemləri kompensasiya etmək üçün Rusiyanın ESPO xam neftinə daha çox üstünlük verməyə başlayıb. Bu səbəbdən ESPO-nun qiyməti əhəmiyyətli dərəcədə bahalaşıb. Bloomberg-in treyderlərə istinadən yaydığı məlumata görə, noyabrda çatdırılacaq ESPO nefti Brent markalı neftdən 7 dollardan çox baha satılır. Bəzi təkliflərdə fərq 10 dollara qədər yüksəlib. ESPO Rusiyanın Uzaq Şərqindən Çinə bir həftədən az müddətdə çatdırıla bilir.

Çin ESPO-nun əsas alıcısı olaraq qalır. Ölkənin bazar payı ilin ilk yeddi ayında 83% təşkil edib. Lakin bu göstərici ötən ilki 88%-dən aşağıdır. Eyni dövrdə Hindistanın payı 12%-dən 16%-ə yüksəlib.

Hindistan neft emalı zavodları son aylarda ESPO idxalını artırıb. Bunun əsas səbəbləri Çinin neft idxalının azalması və Yaxın Şərqdə təchizat problemlərinin yaranmasıdır. Adətən Urals neftinə üstünlük verən Hindistan hazırda ESPO-nu alternativ mənbə kimi seçir. Bununla belə, Ukraynanın Rusiya ixrac infrastrukturuna hücumları və Çinlə artan rəqabət avqust ayında Hindistanın Rusiyadan neft idxalının azalmasına səbəb olub.

Oxşar xəbərlər