PHP Fondunun direktoru: Təşkilat bir tam ştatlı işçi ilə fəaliyyət göstərir, maliyyə çatışmır
Bu həftə PHP-də aşkarlanan iki ciddi qüsur qlobal miqyasda təhlükəsizlik həyəcanına səbəb olub və otuz ildir mövcud olan açıq mənbəli proqramlaşdırma dilinin nə qədər vacib olduğunu bir daha göstərib.

Bu həftə PHP- də aşkarlanan iki ciddi qüsur qlobal miqyasda təhlükəsizlik həyəcanına səbəb olub və otuz ildir mövcud olan açıq mənbəli proqramlaşdırma dilinin nə qədər vacib olduğunu bir daha göstərib .
PHP- də iki ciddi təhlükəsizlik qüsurunun aşkarlanması veb saytları hakerlərdən qorumaq üçün qlobal səylərə səbəb olub . Dünyada saytların 70%-ə qədərini dəstəkləyən PHP- ni inkişaf etdirən qeyri-kommersiya fondu isə çox məhdud büdcə ilə işləyir .
PHP Fondunun icraçı direktoru Elizabet Barron cümə günü elektron poçt vasitəsilə verdiyi müsahibədə bildirib ki , təşkilatın cəmi bir tam ştatlı işçisi var , o da özüdür . Bundan əlavə , əsasən yarımştat çalışan 14 podratçı fəaliyyət göstərir . İdarə heyətinin üzvləri ödənişsiz könüllülərdir , maliyyələşmə isə ianələr və qrantlar hesabına təmin olunur .
Qüsurları araşdırmaq və düzəlişləri əlaqələndirmək üçün fond OpenAI, eləcə də Wiz və Calif kibertəhlükəsizlik şirkətləri daxil olmaqla xarici tədqiqatçı və şirkətlərlə əməkdaşlıq edir . Çərşənbə günü yamalar təqdim edilib .
Veb təhlükəsizlik şirkəti Cloudflare milyonlarla hücuq cəhdi barədə məlumat versə də , Barron fondun hakerlərin qüsurlardan açıqlamadan əvvəl və ya yamaqlanmış saytlarda istifadə edə bildiyinə dair heç bir dəlili olmadığını bildirib .
“ Bu məsələ üzərində sıx əməkdaşlıq etdiyimiz OpenAI, Wiz və ya Calif şirkətlərindən yamaqlanmış sistemlərlə bağlı hər hansı əlavə problem barədə məlumat almamışıq ”, – deyə o söyləyib .
Barronun sözlərinə görə , süni intellekt fond üçün həm dəstək , həm də əlavə yük olduğunu göstərib . Bu texnologiya tədqiqatçılara on ildir mövcud olan qüsurları tapmağa kömək edib , həmçinin proqramçıları daha səmərəli edir .
Eyni zamanda texniki işçilərin iş yükü artıb . PHP layihəsi bir il əvvəlkindən təxminən iki dəfə çox kod dəyişikliyi təklifi alır , lakin töhfə verənlərin sayı iki dəfə artmayıb . Barron qeyd edib ki , təkliflərin və səhv hesabatlarının nəzərdən keçirilməsi çoxlu insan töhfəsi və təcrübə tələb edir .
Direktorun fikrincə , son hadisələr şirkətlərin və hökumətlərin PHP- dən nə dərəcədə asılı olduğunu göstərib .
“ Bu etibarı nəzərə alsaq , PHP- nin inanılmaz dərəcədə az maliyyələşdirildiyi aydındır ”, – deyə Barron vurğulayıb .