Capitalist.az
İqtisadiyyat

Qızılın qiyməti yenidən ucuzlaşdı!

· 1 dəq ·

Spot qızıl həftə ərzində 3%-dən çox geriləyib və son olaraq unsiyası 4 154,78 dollar səviyyəsində ticarət olunub

Qızılın qiyməti yenidən ucuzlaşdı!

Qızılın qiyməti dolların möhkəmlənməsi və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artması fonunda ucuzlaşıb. Beləliklə, qiymətli metalın həftəlik itkisinin 3%-i keçəcəyi gözlənilir. Spot qızıl həftə ərzində 3%-dən çox geriləyib və son olaraq unsiyası 4 154,78 dollar səviyyəsində ticarət olunub. ABŞ qızıl fyuçerslərinin qiyməti də 0,4% azalaraq 4 184 dollara düşüb.

Doların bahalaşması dollarla ifadə olunan qızılı digər valyutalardan istifadə edən investorlar üçün daha bahalı edir. Eyni zamanda, ABŞ-ın 10 və 30 illik dövlət istiqrazlarının gəlirliliyi yüksələrək qızıla təzyiq göstərib. İnvestorların diqqəti ABŞ-ın sentyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq məlumatlarına yönəlib. Göstəricilər Federal Ehtiyat Sisteminin faiz siyasəti ilə bağlı gözləntilərə təsir göstərə bilər. Digər qiymətli metallardan gümüş və platin ucuzlaşıb, palladium isə cüzi bahalaşıb. Üç metalın da həftəni itki ilə başa vuracağı gözlənilir.

Oxşar xəbərlər