SpaceX süni intellektə 74 milyard dollardan çox yatırır
Şirkət Texasdakı Starbase qurğusuna və Arizona ştatındakı superkompüter kampusuna ümumilikdə 74 milyard dollardan çox investisiya yatırmağı nəzərdə tutur.

SpaceX raket və peyk fəaliyyətləri ilə yanaşı, süni intellekt sahəsində də genişlənməyi planlaşdırır. Şirkət Texasdakı Starbase qurğusuna və Arizona ştatındakı superkompüter kampusuna ümumilikdə 74 milyard dollardan çox investisiya yatırmağı nəzərdə tutur.
İnvestisiyanın 24 milyard dollardan çoxu Texasdakı Starbase qurğusuna, təxminən 50 milyard dolları isə Arizona kampusuna ayrılacaq. Arizona layihəsinin tikinti zamanı 5500, fəaliyyətə başladıqdan sonra isə 1000 daimi iş yeri yaratması gözlənilir.
SpaceX layihənin yerli elektrik xərclərini 20 faizə qədər azalda biləcəyini bildirir. Bununla belə, 2400 nəfərin imzaladığı petisiya ilə layihəyə etiraz edilib. Dekabr ayında məsələ ilə bağlı ictimai dinləmə keçiriləcək.
Texasdakı Starbase qurğusu isə elektrik enerjisini özü istehsal edəcək. Burada təbii qazla işləyən elektrik stansiyası və superkompüter mərkəzinin tikintisi planlaşdırılır. Layihənin 3000-dən çox tikinti işçisi və gələcəkdə 500-dən çox daimi iş yeri təmin edəcəyi gözlənilir.