Capitalist.az
Elm və texnologiya

2026-cı ildə ən çox satılan smartfonlar açıqlanıb!

· 1 dəq ·

Qlobal smartfon bazarında 2026-cı ilin ikinci rübünün nəticələrinə görə Samsung Galaxy A seriyası ən çox satılan smartfon ailəsi olub.

2026-cı ildə ən çox satılan smartfonlar açıqlanıb!

Qlobal smartfon bazarında 2026-cı ilin ikinci rübünün nəticələrinə görə Samsung Galaxy A seriyası ən çox satılan smartfon ailəsi olub. Samsung-un Galaxy A seriyası Apple-ın iPhone 17 ailəsini geridə qoyaraq bazarın 18%-ni təşkil edib. iPhone 17 ailəsinin payı isə 16% olub. Smart Analytics Global-ın məlumatına görə, Galaxy A seriyasının satışları illik 11% artıb və bu nəticədə Galaxy A17 5G əsas rol oynayıb.

Apple yüksək səviyyəli seqmentdə güclü nəticələr göstərib. iPhone 17, iPhone 17 Pro Max və iPhone 17 Pro fərdi modellər üzrə qlobal satışlarda ilk üçlükdə qərarlaşıb. iPhone 17 ailəsinin satışları illik 24% artıb. Daha əlçatan iPhone 17e modeli isə ABŞ və Yaponiya bazarlarında gözləntiləri üstələyib.

Çin brendlərinin bəzi seriyalarında isə satışlar azalıb. Xiaomi Redmi 17%, vivo Y və OPPO A 18%, Honor X 24%, Xiaomi POCO 40%, Motorola G seriyası isə 35% geriləyib. Huawei Nova seriyası 19% böyüyüb. Hesabatda yaddaş və çip qiymətlərindəki artımın smartfonların bahalaşmasına səbəb ola biləcəyi və inkişaf etməkdə olan bazarlarda təzyiqi artıracağı qeyd olunub.

Oxşar xəbərlər