Capitalist.az
Marketinq

Azərbaycanda qadınlara yönəlmiş yeni rəqəmsal platforma – Adezula fəaliyyətə başlayıb

· 1 dəq ·

Platforma qadınlar üçün təhlükəsiz və inkişafyönümlü rəqəmsal mühit yaratmağı hədəfləyir.

Azərbaycanda qadınlara yönəlmiş yeni rəqəmsal platforma – Adezula fəaliyyətə başlayıb

Azərbaycanda qadınların şəxsi və peşəkar inkişafını dəstəkləməyə yönəlmiş yeni rəqəmsal platforma – Adezula fəaliyyətə başlayıb.

Platforma qadınlar üçün təhlükəsiz və inkişafyönümlü rəqəmsal mühit yaratmağı hədəfləyir. Burada şəxsi inkişaf, təhsil, psixoloji dəstək, analıq, sahibkarlıq və karyera planlaması kimi mövzular üzrə müxtəlif məzmun və imkanların təqdim olunması nəzərdə tutulur.

Adezula qadınların yalnız məlumat əldə etməsi ilə kifayətlənməyərək, onların təcrübə mübadiləsi aparmasına, bir-birinə dəstək olmasına və yeni bacarıqlar qazanmasına imkan verən icma formalaşdırmağı qarşısına məqsəd qoyur.

Platformada gündəlik həyat və peşəkar fəaliyyətlə bağlı maarifləndirici materiallar, inkişafyönümlü məzmunlar, motivasiyaedici paylaşımlar və real təcrübələr yer alacaq.

Bununla yanaşı, Adezula qadın sahibkarlığının, əməkdaşlığın və bilik mübadiləsinin təşviqinə də diqqət yetirəcək. Platforma qadınların şəxsi potensialını inkişaf etdirməsinə, yeni bilik və bacarıqlar əldə etməsinə, eləcə də müxtəlif sahələrdə inkişaf imkanlarına çıxışına dəstək verməyi hədəfləyir.

Oxşar xəbərlər