“Qarabağ"dan ayrılan Koxalskidən SƏRT AÇIQLAMA: "Azərbaycan layihəsi mənə uzaqdır"
"Qarabağ"ın sabiq qapıçısı Mateuş Koxalski Azərbaycan təmsilçisindən ayrılmasının əsas səbəblərini açıqlayıb. Polşa mətbuatına danışan 26 yaşlı qolkiper karyerasını Avropanın mərkəzində inkişaf etdirmək niyyətində olduğunu bildirib.

Polşalı futbolçu Azərbaycan klubunun avrokuboklardakı iştirakını təkzib etməsə də, coğrafi və strateji baxımdan bu mühitin onun uzunmüddətli planlarına uyğun gəlmədiyini vurğulayıb:
"Mən Avropaya qayıtmaq istəyirdim. Nəzəri olaraq Azərbaycan klubları avrokuboklarda iştirak edir, amma mənim üçün bu layihə bir qədər uzaqdır. Karyeramı ekzotik liqalarda yox, hər bir futbolçunun arzuladığı kimi Avropada qurmağa və maksimum inkişaf etdirməyə çalışıram. Düşünürəm ki, hər bir oyunçunun əsas hədəfi TOP-5 liqalarda çıxış etməkdir."
Xatırladaq ki, Mateuş Koxalski bir müddət əvvəl "Qarabağ"ı tərk edərək Polşanın "Vyeçista" (Krakov) klubuna transfer olunub. Qolkiperin mütəmadi olaraq Çempionlar Liqasında mübarizə aparan statuslu komandanı aşağı liqa təmsilçisinə dəyişməsi idman mediasında və azarkeşlər arasında geniş müzakirələrə səbəb olub.