Capitalist.az
İqtisadiyyat

İtaliya 40 ildən sonra nüvə enerjisinə qayıdır!

· 1 dəq ·

Baş nazir Giorgia Meloni rəhbərliyindəki hökumətin hazırladığı qanun layihəsi Senatda təsdiqlənərək qanuna çevrilib.

İtaliya 40 ildən sonra nüvə enerjisinə qayıdır!

İtaliya nüvə enerjisinə qayıtmaq üçün mühüm addım atıb. Baş nazir Giorgia Meloni rəhbərliyindəki hökumətin hazırladığı qanun layihəsi Senatda təsdiqlənərək qanuna çevrilib. Yeni qanun hökumətə nüvə enerjisi, termoyadro tədqiqatları və radioaktiv tullantıların idarə olunması ilə bağlı qaydalar hazırlamaq səlahiyyəti verir. Sənəd Senatda 81 lehinə, 51 əleyhinə səslə qəbul edilib.

İtaliya 1987-ci ildə keçirilən referendumdan sonra nüvə enerjisindən imtina edib və 1990-cı ildə ölkədəki nüvə elektrik stansiyalarını bağlayıb. 2011-ci ildə keçirilən referendumda da nüvə enerjisinə qayıdışın qarşısının alınması qərarı qüvvədə saxlanılıb. Yeni qanun ölkənin mümkün nüvə proqramı üçün hüquqi çərçivə yaradır. Hökumət xüsusilə yeni nəsil kiçik reaktorlardan istifadə imkanlarını nəzərdən keçirir. Meloni bildirib ki, məqsəd enerji təhlükəsizliyini artırmaq və xarici enerji asılılığını azaltmaqdır. Qanun həmçinin təhlükəsizlik, icazələrin verilməsi, radioaktiv tullantıların idarə olunması və yerli icmalarla əməkdaşlıq üzrə yeni qaydaların hazırlanmasını nəzərdə tutur. Bu addım İtaliyanın enerji siyasətində mühüm dəyişiklik kimi qiymətləndirilir. Beləliklə, ölkə uzun fasilədən sonra nüvə enerjisi siyasətini yenidən gündəmə gətirir.

Oxşar xəbərlər