Capitalist.az
Elm və texnologiya

OpenAI süni intellektlə elmi kəşflərə imza atıb

· 1 dəq ·

Şirkət bu tapıntıları yoxlamaq və onların elmi əhəmiyyətini qiymətləndirmək üçün müstəqil tədqiqatçılarla əməkdaşlığa başlayıb.

OpenAI süni intellektlə elmi kəşflərə imza atıb

ABŞ-da yerləşən süni intellekt şirkəti OpenAI hazırladığı modellərin riyaziyyat, kompüter elmləri və kvant fizikası sahələrində 3 mühüm elmi nəticə əldə etdiyini açıqlayıb. Şirkət bu tapıntıları yoxlamaq və onların elmi əhəmiyyətini qiymətləndirmək üçün müstəqil tədqiqatçılarla əməkdaşlığa başlayıb.

OpenAI-ın məlumatına görə, modellər harmonik analiz sahəsində bütün ölçülər üçün lokal hamarlaşdırma hipotezini sübut edib. Həmçinin kompüter elmlərində uzun müddətdir qəbul edilən Eksponensial Zaman Hipotezini (ETH) təkzib edən nəticələr əldə olunub.

Bundan əlavə, modellərin kvant xromodinamikası (QCD) daxil olmaqla, bəzi kvant sahə nəzəriyyələrinin riyazi mövcudluğunu dəstəkləyən nəticələr təqdim etdiyi bildirilib.

OpenAI tapıntıların etibarlılığını qiymətləndirmək üçün 3 fərqli yoxlama metodundan istifadə etməyi planlaşdırır. Bu proses müstəqil tədqiqatçılara nəticələri araşdırmaq və onları yenidən yoxlamaq imkanı verəcək.

Şirkət həmçinin əldə edilən xam məlumatları müstəqil araşdırmalar üçün təqdim edəcəyini və nəticələrin kompüter elmlərinə təsirini müzakirə etmək məqsədilə konfrans maliyyələşdirəcəyini açıqlayıb.

OpenAI-ın sözlərinə görə, süni intellekt modellərinin əldə etdiyi nəticələr Lean adlı formal riyazi yoxlama sistemi vasitəsilə təsdiqlənib. Bununla belə, tapıntıların elmi əhəmiyyəti və mümkün nəticələri müstəqil araşdırmaların yekunlarından asılı olacaq.

Oxşar xəbərlər