Capitalist.az
İqtisadiyyat

Qızıl ucuzlaşmaqda davam edir: Həftəlik itki rekord həddə çatdı

· 1 dəq ·

Qiymətlərin azalmasına təsir edən əsas amillərdən biri ABŞ dollarının son 19 ayın ən yüksək səviyyəsinə yaxın qalmasıdır.

Qızıl ucuzlaşmaqda davam edir: Həftəlik itki rekord həddə çatdı

Qızılın qiyməti son aylarda müşahidə olunan ən aşağı səviyyəyə enib. Gün ərzində əlavə 3% ucuzlaşan qiymətli metalın bir unsiyası 3 516,97 dollara düşüb. Bununla da qızılın həftəlik dəyər itkisi 9%-ə çatıb ki, bu, mart ayından bəri ən kəskin həftəlik enişdir.

Qiymətlərin azalmasına təsir edən əsas amillərdən biri ABŞ dollarının son 19 ayın ən yüksək səviyyəsinə yaxın qalmasıdır. Güclü dollar dollarla qiymətlənən qızılı digər valyutalarla alan investorlar üçün daha bahalı edir və tələbə mənfi təsir göstərir.

Bununla yanaşı, ABŞ-da inflyasiyanın yüksək qalacağı və Federal Ehtiyat Sisteminin (Fed) faiz dərəcələrini yenidən artıracağı ilə bağlı gözləntilər də satış təzyiqini gücləndirib. Yüksələn istiqraz gəlirliliyi qızılın cəlbediciliyini azaldır, çünki qızıl faiz gəliri gətirməyən aktivdir. Nəticədə həm dolların möhkəmlənməsi, həm də faiz artımı gözləntiləri qızılın qiymətinin geriləməsinə səbəb olur.

Oxşar xəbərlər

  • İqtisadiyyat

    Qızılın qiymətində yüksəliş davam edir

    Gümüşün qiyməti 54,41 dollar səviyyəsində dəyişməyib. Platin 0,1% ucuzlaşaraq 1542,63 dollara düşüb, palladium isə 0,1% bahalaşaraq 1037,39 dollara çatıb.

  • İqtisadiyyat

    Qızılın qiyməti ucuzlaşmaqda davam edir

    Ötən həftə iyun ayından bəri ən böyük həftəlik enişini yaşayan qızılın qiyməti bu həftə də 1%-dən çox azalaraq bir unsiya üçün 3 838 dollara düşüb.

  • İqtisadiyyat

    Qızıl bazarında son vəziyyət

    Səhm bazarındakı satışlar və süni intellektə yatırımlarla bağlı narahatlıqlar investorları daha təhlükəsiz hesab edilən ABŞ dövlət istiqrazlarına yönəldib.

  • İqtisadiyyat

    Qızılın qiyməti yenidən artıb

    Gümüşün qiyməti 1,5% yüksələrək bir unsiya üçün 49,86 dollara çatıb. Platin və palladium da əvvəlki sessiyadakı kəskin ucuzlaşmadan sonra bahalaşıb.