Rusiya bankları kriptovalyuta bazarına daxil olur!
Bu qərarla banklara rəqəmsal valyutaların və rəqəmsal hüquqların qeydiyyatı, köçürülməsi və saxlanması ilə bağlı xidmətlər göstərmək imkanı verilib.

Rusiya Mərkəzi Bankı Sber və VTB banklarını “rəqəmsal qəyyumlar” reyestrinə daxil edib. Bu qərarla banklara rəqəmsal valyutaların və rəqəmsal hüquqların qeydiyyatı, köçürülməsi və saxlanması ilə bağlı xidmətlər göstərmək imkanı verilib. VTB eyni zamanda rəqəmsal valyutalarla ticarət edən qurumların reyestrinə də əlavə olunub. Bank ilin sonuna qədər daha geniş investor dairəsinə kriptovalyuta əməliyyatlarına çıxış təqdim etməyi planlaşdırır. VTB artıq korporativ müştəriləri üçün rəqəmsal valyuta ilə ilk əməliyyatlarını həyata keçirib.
Sber isə ilk kriptovalyuta məhsullarını 1 dekabr 2026-cı ildə təqdim etməyi planlaşdırır.
Rusiyada rəqəmsal valyutalar və rəqəmsal hüquqlarla bağlı yeni qanun sentyabrın 1-də qüvvəyə minib. Qanun kriptovalyuta əməliyyatlarının birjalar, brokerlər, portfel menecerləri, ticarət təşkilatları və rəqəmsal saxlama qurumları vasitəsilə aparılmasına imkan yaradır. Bundan əlavə, ixrac və idxal şirkətlərinə sərhədlərarası ödənişlərdə kriptovalyutalardan istifadə etmək imkanı verilib.