Capitalist.az
Elm və texnologiya

Tesla Texasda zavod qurur: Yeni zavod 515 iş yeri yaradacaq

· 1 dəq ·

Yeni müəssisə hazırda istehsalına Çin şirkətlərinin üstünlük təşkil etdiyi polisilikonun ABŞ-da yerli istehsalını təmin edəcək.

Tesla Texasda zavod qurur: Yeni zavod 515 iş yeri yaradacaq

Tesla ABŞ-da günəş enerjisi istehsalı üçün istifadə olunan polisilikonun istehsalına investisiya qoymağı planlaşdırır. Şirkət Texas ştatının Nueces qraflığında 3,1 milyard dollar dəyərində polisilikon zavodu tikməyi nəzərdə tutur.

Yeni müəssisə hazırda istehsalına Çin şirkətlərinin üstünlük təşkil etdiyi polisilikonun ABŞ-da yerli istehsalını təmin edəcək. Tesla layihəni ölkənin günəş enerjisi təchizat zəncirinin gücləndirilməsi və kritik materiallardan asılılığın azaldılması baxımından mühüm investisiya kimi qiymətləndirir.

Şirkətin vergi təşviqi üçün təqdim etdiyi müraciətə əsasən, zavodun 2030-cu ildə fəaliyyətə başlaması planlaşdırılır. Layihənin 2032-ci ilə qədər 515 yeni iş yeri yaratması gözlənilir.

Tesla bildirib ki, vergi güzəştləri zavodun tikintisi üçün ərazinin seçilməsində mühüm rol oynaya bilər. Bununla belə, şirkətin tələb etdiyi vergi güzəştinin məbləği hələ açıqlanmayıb.

Oxşar xəbərlər