Tesla yeni nəsil Roadster-i təqdim etməyə hazırlaşır
Təqdimatda avtomobilin standart versiyası ilə yanaşı, SpaceX texnologiyalarından ilhamlanan xüsusi versiyasının da nümayiş etdiriləcəyi gözlənilir.

Tesla-nın çoxdan gözlənilən yeni nəsil Roadster modeli oktyabrın 15-də təqdim olunacaq. Əvvəlcə oktyabrın 1-nə planlaşdırılan təqdimat əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
Təqdimatda avtomobilin standart versiyası ilə yanaşı, SpaceX texnologiyalarından ilhamlanan xüsusi versiyasının da nümayiş etdiriləcəyi gözlənilir.
Tesla-nın açıqladığı göstəricilərə əsasən, Roadster 200 kVt/saatlıq batareyaya sahib olacaq və bir dəfə enerji yükləməklə 1000 kilometrədək məsafə qət edə biləcək. Avtomobilin 0-dan 100 km/saata cəmi 1,9 saniyəyə sürətlənəcəyi, maksimal sürətinin isə 402 km/saata çatacağı bildirilir.
Xüsusi versiyada SpaceX ilə əməkdaşlıq çərçivəsində hazırlanmış kiçik itələyicilərin istifadə olunacağı gözlənilir. Bu texnologiyanın avtomobilin performansını artırmaq və onu yerdən qısa müddətə qaldırmaq məqsədi daşıdığı iddia edilir.
Tesla Roadster-in təqdimatı elektrik superkarları bazarında böyük maraq doğurur. Modelin real göstəriciləri açıqlanandan sonra onun ənənəvi superkarlarla rəqabət imkanları daha aydın olacaq.