Capitalist.az
Elm və texnologiya

TikTok uşaqlar üçün yeni məhdudiyyətlər tətbiq edəcək!

· 1 dəq ·

Bundan əlavə, gecə və məktəb saatlarında tətbiqə girişə məhdudiyyət qoyulacaq.

TikTok uşaqlar üçün yeni məhdudiyyətlər tətbiq edəcək!

TikTok uşaqların platformadan istifadəsi ilə bağlı Alabama ştatında açılan məhkəmə işi üzrə razılaşmaya gedib. Razılaşmaya əsasən, şirkət Alabama ştatına 100 milyon dollar ödəyəcək və uşaqların tətbiqdən istifadəsinə yeni məhdudiyyətlər tətbiq edəcək. Yeni qaydalara əsasən, Alabamada uşaqların TikTok-dan gündəlik istifadəsi 2 saatla məhdudlaşdırılacaq. Bundan əlavə, gecə və məktəb saatlarında tətbiqə girişə məhdudiyyət qoyulacaq. TikTok həmçinin valideynlərə uşaqlarının platformadakı fəaliyyətlərini daha geniş şəkildə izləməyə imkan verən yeni funksiyalar təqdim edəcək.

Şirkət 100 milyon dollarlıq ödənişi 45 gün ərzində həyata keçirməlidir. Razılaşmanın şərtlərinə əməl edilmədiyi halda, TikTok Alabama ştatına əlavə olaraq 300 milyon dollara qədər ödəniş etməli ola bilər.

Razılaşma uşaqların sosial media istifadəsinə nəzarətin gücləndirilməsi və valideynlərin platformadakı nəzarət imkanlarının artırılması məqsədi daşıyır.

Oxşar xəbərlər