Capitalist.az
Elm və texnologiya

2026-cı il Nobel Sülh Mükafatı Cənubi Afrikalı hüquqşünas Navi Pillaya verilib

· 1 dəq ·

Cənubi Afrikalı vəkil Navanethem “Navi” Pillay 2026-cı il Nobel Sülh Mükafatına layiq görülüb.

2026-cı il Nobel Sülh Mükafatı Cənubi Afrikalı hüquqşünas Navi Pillaya verilib

Cənubi Afrikalı vəkil Navanethem “Navi” Pillay 2026-cı il Nobel Sülh Mükafatına layiq görülüb.

Mükafatı elan edən Norveç Nobel Komitəsinin sədri Jørgen Watne Frydnes bildirib ki, Pillay “qeyri-adi cəsarət və dürüstlüklə daha əhatəli qlobal qanunun aliliyinə doğru yolda öncülük edib”.

Frydnesin sözlərinə görə, bu ilin laureatı müharibə cinayətlərinin, insanlığa qarşı cinayətlərin və soyqırımın ədalət mühakiməsinə çıxarılmasının təmin edilməsində mühüm rol oynayıb.

Mükafat fondu artırılıb

Nobel Fondu sentyabr ayında hər kateqoriya üzrə mükafat fondunun 12 milyon İsveç kronuna (təxminən 1,07 milyon avro) qədər artırılacağını açıqlamışdı.

Fondun icraçı direktoru Hanna Stjärne qeyd edib ki, bu il Nobel Mükafatının 125-ci ildönümü qeyd olunur və bu münasibətlə mükafat fondunu 1 milyon kron artırmaq mümkün olub.

Stjärne artımın məqsədinin Nobel mükafatının uzunmüddətli əhəmiyyətini qorumaq və onun pul dəyərinin zamanla saxlanmasını təmin etmək olduğunu bildirib.

Oxşar xəbərlər