Capitalist.az
Maliyyə

ABŞ-da sent dövrü başa çatır!

· 1 dəq ·

Trump sənədi imzalayarsa, ABŞ-da 230 ildən çoxdur davam edən sent istehsalı rəsmi olaraq başa çatacaq.

ABŞ-da sent dövrü başa çatır!

ABŞ Konqresi 1 sentlik sikkənin istehsalını dayandıran qanun layihəsini qəbul edib. Layihə təsdiq üçün ABŞ Prezidenti Donald Trump-a təqdim ediləcək. Trump sənədi imzalayarsa, ABŞ-da 230 ildən çoxdur davam edən sent istehsalı rəsmi olaraq başa çatacaq. ABŞ Zərbxanası 2025-ci ilin noyabrında dövriyyə üçün son 1 sentlik sikkənin istehsal edildiyini açıqlamışdı. Qərarın əsas səbəblərindən biri sikkənin istehsal xərclərinin əhəmiyyətli dərəcədə artmasıdır. Son 10 ildə 1 sentlik sikkənin istehsal xərci 1,42 sentdən 3,69 sentə yüksəlib.

ABŞ Zərbxanası sent istehsalının ölkənin gündəlik ehtiyaclarını qarşılamaq üçün artıq səmərəli olmadığını bildirib. İstehsalın dayandırılması nəticəsində ABŞ hökumətinin ildə təxminən 56 milyon dollar qənaət edəcəyi gözlənilir. Sent ABŞ-da 1790-cı illərdən dövriyyədədir və onun istehsalının dayandırılması ölkənin pul tarixində mühüm dəyişiklik hesab olunur. Qərarın qüvvəyə minməsi ilə yeni sentlərin dövriyyəyə buraxılması dayandırılacaq və mövcud ehtiyatlardan istifadə davam edəcək. Dəyişiklik xərclərin azaldılmasına və sikkə istehsalının optimallaşdırılmasına yönəlib. Bununla belə, mövcud sikkələr qanuni ödəniş vasitəsi olaraq qalacaq və dövriyyədə istifadə ediləcək.

Oxşar xəbərlər