ABŞ dizel ixracını dayandıra bilər!
Trump bildirib ki, məsələni ABŞ Energetika naziri Chris Wright və Daxili İşlər naziri Doug Burgum ilə mütəmadi müzakirə edir.

ABŞ Prezidenti Donald Trump dizel yanacağının ixracına qadağa qoyulması variantını nəzərdən keçirdiyini bildirib. O, belə bir addımın dizel qiymətlərinə təsir göstərə biləcəyini, lakin benzin qiymətlərinin artmasına səbəb ola biləcəyini qeyd edib. Trump bildirib ki, məsələni ABŞ Energetika naziri Chris Wright və Daxili İşlər naziri Doug Burgum ilə mütəmadi müzakirə edir. Onun sözlərinə görə, dizel qiymətlərindəki artım əsasən Rusiyada neft emalı zavodlarının fəaliyyətinin dayanması ilə bağlıdır.
Energetika naziri Chris Wright isə son həftələrdə dizel bazarındakı vəziyyət üzərində çalışdıqlarını bildirib. O, qarşıdakı günlərdə və həftələrdə qiymətlərin əhəmiyyətli dərəcədə azalmasının gözlənildiyini deyib. AAA-nın məlumatına görə, ABŞ-da dizelin orta qiyməti sentyabrın 22-də 1 qallon üçün 6,53 dollara çataraq rekord vurub. Sentyabrın 30-da isə qiymət 6,41 dollar olub.