Capitalist.az
İqtisadiyyat

ABŞ iqtisadiyyatı ikinci rübdə 2,2 faiz böyüyüb.

· 1 dəq ·

ABŞ iqtisadiyyatı 2026-cı ilin ikinci rübündə illik hesablamada 2,2 faiz artıb.

ABŞ iqtisadiyyatı ikinci rübdə 2,2 faiz böyüyüb.

ABŞ iqtisadiyyatı 2026-cı ilin ikinci rübündə illik hesablamada 2,2 faiz artıb.

ABŞ İqtisadi Təhlil Bürosunun (BEA) açıqladığı üçüncü qiymətləndirməyə əsasən, ikinci rübdə iqtisadi artım əvvəlki 1,5 faizlik göstəricidən yuxarıya doğru yenidən nəzərdən keçirilib.

BEA-nın məlumatına görə, artıma əsasən istehlak xərcləri, investisiyalar və ixrac təsir göstərib. Eyni zamanda, idxalın artması ümumi daxili məhsulun (ÜDM) artımına mənfi təsir edib.

İkinci rübdə ÜDM-in qiymət indeksi 5,6 faiz artıb. Bu göstərici əvvəlki qiymətləndirmədə 5,8 faiz təşkil edib.

Şəxsi istehlak xərcləri (PCE) üzrə qiymət indeksi isə 5 faiz yüksəlib.

Ərzaq və enerji qiymətləri nəzərə alınmadan hesablanan əsas PCE qiymət indeksi 3,3 faiz artıb. Bu göstərici əvvəlki qiymətləndirmə ilə müqayisədə 0,3 faiz bəndi aşağı olub.

Oxşar xəbərlər