Almaniyada işsizlərin sayı gözləniləndən çox artıb.
Reuters-in məlumatına görə, Almaniya Federal Məşğulluq Agentliyinin çərşənbə günü açıqladığı rəqəmlərə əsasən, mövsümi təsirlər nəzərə alınmaqla işsizlərin sayı avqust ayı ilə müqayisədə 12 min nəfər artaraq 3,01 milyona çatıb.

Reuters-in sorğusunda iştirak edən analitiklər isə işsizlərin sayının cəmi 1 min nəfər artacağını proqnozlaşdırmışdılar.
Mövsümi düzəliş edilmiş işsizlik səviyyəsi isə dəyişməyərək 6,4 faiz təşkil edib.
Ümumi işsizlərin sayı sentyabr ayında 3 milyon həddini cüzi şəkildə keçib. Bu göstərici əvvəlki iki ay ərzində də 3 milyon səviyyəsindən yuxarı olub.
Almaniya əmək bazarında payız aylarında müşahidə olunan canlanma adətən sentyabrda başlayır. Lakin bu il prosesin daha ləng getdiyi bildirilir.
Almaniya Federal Məşğulluq Agentliyinin rəhbəri Andrea Nahles bildirib ki, iqtisadi inkişaf hələ əmək bazarına tam təsir göstərməyib.