Amazon üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
Şirkətin hesabatına əsasən, iyul-sentyabr aylarında xalis satışları ötən ilin eyni dövrü ilə müqayisədə 12% artaraq 201,9 milyard dollara çatıb. 2025-ci ilin üçüncü rübündə bu göstərici 180,2 milyard dollar olub.

Amazon 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkətin hesabatına əsasən, iyul-sentyabr aylarında xalis satışları ötən ilin eyni dövrü ilə müqayisədə 12% artaraq 201,9 milyard dollara çatıb. 2025-ci ilin üçüncü rübündə bu göstərici 180,2 milyard dollar olub.
Satışların artmasına baxmayaraq, şirkətin xalis mənfəəti azalıb. Belə ki, Amazon-un xalis mənfəəti illik müqayisədə 2,4% azalaraq 20,7 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 21,2 milyard dollar olub. Səhm başına qazanc da 1,95 dollardan 1,89 dollara düşüb.
Amazon dördüncü rübdə xalis satışlarının 240-247 milyard dollar arasında olacağını gözləyir. Bu, illik müqayisədə 12-16% artım deməkdir. Şirkət 2026-cı il üçün kapital xərclərinin təxminən 220 milyard dollar olacağı proqnozunu da dəyişməyib.