Smartfonlar mobil şəbəkəsiz də işləyə biləcək!
ABŞ Federal Rabitə Komissiyası (FCC) smartfonların birbaşa peyklərə qoşulmasına imkan verən texnologiyaların inkişafını sürətləndirməyə hazırlaşır.

ABŞ Federal Rabitə Komissiyası (FCC) smartfonların birbaşa peyklərə qoşulmasına imkan verən texnologiyaların inkişafını sürətləndirməyə hazırlaşır. Komissiyanın oktyabrın 29-da yeni spektr hərracı ilə bağlı səsvermə keçirməsi planlaşdırılır. “Direct-to-device” adlanan texnologiya mobil operator şəbəkəsinin olmadığı ərazilərdə smartfonların birbaşa peyklərlə əlaqə yaratmasına imkan verir. Bu texnologiya üzərində SpaceX və Amazon-un Leo layihəsi də daxil olmaqla bir sıra şirkətlər çalışır.
FCC 25 MHz tezlik diapazonunu hərraca çıxarmağı və peyk əsaslı xidmətlər üçün əlavə 482 MHz spektr təqdim etməyi təklif edir. Məqsəd mobil rabitənin çatmadığı ərazilərdə əlaqəni genişləndirmək və istifadəçilərin fövqəladə hallarda daha etibarlı rabitə imkanına sahib olmasını təmin etməkdir. Yeni sistemlərin inkişafı ilə gələcəkdə istifadəçilərin xüsusi peyk telefonu və ya əlavə avadanlıq olmadan smartfonları vasitəsilə mesaj göndərməsi, zəng etməsi və digər rabitə xidmətlərindən istifadə etməsi mümkün ola bilər.