Capitalist.az
Maliyyə

Avropada elektrikli avtomobillərə tələbat kəskin yüksəlib

· 1 dəq ·

Fransada 65.243 elektrikli avtomobil satılıb və onların bazar payı 41,7% təşkil edib. Almaniyada isə 88.724 avtomobil satılıb, bazar payı 34,6%-ə çatıb.

Avropada elektrikli avtomobillərə tələbat kəskin yüksəlib

Avropada elektrikli nəqliyyat vasitələrinin satışları sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 70,3% artıb. Bu artıma yüksək neft qiymətləri, dövlət dəstəyi və daha münasib qiymətli modellərin bazara çıxarılması təsir göstərib.

e-Mobility Europe, New Automotive və Fier Automotive-in məlumatına görə, sentyabrda Avropanın 17 əsas avtomobil bazarında 300.202 batareyalı elektrikli nəqliyyat vasitəsi satılıb. Bu modellərin ümumi avtomobil satışlarındakı payı 32,6%-ə çatıb. İlin əvvəlindən bəri isə elektrikli avtomobil satışları 38,1% artaraq 1,98 milyona yüksəlib.

Fransa və Almaniyada da satışlar yüksək olub. Fransada 65.243 elektrikli avtomobil satılıb və onların bazar payı 41,7% təşkil edib. Almaniyada isə 88.724 avtomobil satılıb, bazar payı 34,6%-ə çatıb.

Elektrikli avtomobillərin bazar payına görə Norveç 98,8%-lə Avropada birinci yerdədir. Danimarkada bu göstərici 88,8%, Finlandiyada 62,7%, İsveçdə isə 49% olub.

Bununla belə, Avropanın bəzi ölkələrində elektrikli avtomobillərə keçid daha yavaş gedir. Çexiyada bu avtomobillərin ümumi satışlardakı payı 11,2%, İtaliyada 7,6%, Polşada isə cəmi 6,2% təşkil edib.

Oxşar xəbərlər