Capitalist.az
İqtisadiyyat

Azərbaycan “Qazprom”dan qaz alışını bərpa etmək istəyir

· 1 dəq · Capitalist AZ

SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bildirib ki, şirkətin “Qazprom”la əməkdaşlığı qaz alışı və satışını əhatə edən fərqli təcrübədir.

Azərbaycan “Qazprom”dan qaz alışını bərpa etmək istəyir

SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bildirib ki, şirkətin “Qazprom”la əməkdaşlığı qaz alışı və satışını əhatə edən fərqli təcrübədir.

Azərbaycan Rusiyanın “Qazprom” şirkətindən təbii qaz alışını bərpa etmək istəyir. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov “Rusiya Enerji Həftəsi” beynəlxalq forumunda bildirib. Bu barədə Trend məlumat yayıb.

Nəsirovun sözlərinə görə, SOCAR əvvəlcə “Qazprom”dan qaz alıb, daha sonra Rusiya şirkətinə qaz tədarük edib və indi yenidən alışları bərpa etmək niyyətindədir.

“Qürurla deyə bilərik ki, ‘Qazprom’ kimi nəhənglə əməkdaşlığımız çox yaxşı bir nümunədir. SOCAR, ehtimal ki, dünyada əvvəlcə ‘Qazprom’dan qaz alan, sonra ona qaz satan və indi yenidən qaz almaq istəyən yeganə şirkətdir”, – deyə Nəsirov qeyd edib.

Azərbaycanın Rusiyadan hansı həcmdə qaz almağı planlaşdırdığı ilə bağlı suala cavab verən SOCAR rəsmisi hələlik konkret rəqəmlərin və planların olmadığını bildirib. Onun sözlərinə görə, bu əməkdaşlıq tərəflər arasında həm qaz alışı, həm də satışının həyata keçirildiyini göstərir.

“Rusiya Enerji Həftəsi” beynəlxalq forumu oktyabrın 14–16-da Moskvada keçirilir. Tədbir Rusiya hökumətinin, Rusiya Federasiyasının Energetika Nazirliyinin və Moskva hökumətinin dəstəyi ilə təşkil olunur. Forumun təşkilatçısı “Roskongress” Fondudur, TASS isə tədbirin informasiya tərəfdaşıdır.

Oxşar xəbərlər