Cənubi Koreya ABŞ enerji layihələrinə 200 milyard dollar yatıracaq
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın ABŞ-da iri enerji layihələrinə 200 milyard dollara qədər sərmayə yatıracağını açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın ABŞ-da iri enerji layihələrinə 200 milyard dollara qədər sərmayə yatıracağını açıqlayıb.
Trampın sözlərinə görə, investisiya paketinə Texasda 6 giqavatlıq elektrik stansiyası, səkkiz yeni nüvə reaktoru və Alyaskada LNG boru kəmərinin tikintisi daxildir. Alyaska layihəsinin gündə təxminən 4 milyard kub fut qaz nəql etməsi planlaşdırılır.
ABŞ Prezidenti layihələrin minlərlə iş yeri yaradacağını və ölkədə enerji xərclərinin azalmasına töhfə verəcəyini bildirib.
Qeyd edək ki, 2025-ci ilin iyulunda ABŞ və Cənubi Koreya arasında əldə olunan ticarət razılaşması çərçivəsində Seulun ABŞ-a ümumilikdə 350 milyard dollar sərmayə yatıracağı açıqlanmışdı. Bu məbləğin 150 milyard dollarının gəmiqayırma, 200 milyard dollarının isə digər strateji sahələrə yönəldilməsi nəzərdə tutulur.