Cənubi Koreyada tələbələr imtahanda süni intellekt eynəklərindən istifadə ediblər
Cənubi Koreyada iki tələbənin universitetə qəbul imtahanları zamanı süni intellektlə işləyən eynəklərdən istifadə etdiyi aşkarlanıb.

Cənubi Koreyada iki tələbənin universitetə qəbul imtahanları zamanı süni intellektlə işləyən eynəklərdən istifadə etdiyi aşkarlanıb.
Yonhap agentliyinin məlumatına görə, Seulun qərbində yerləşən Yonsei Universitetində imtahan verən tələbə imtahandan əvvəl adi optik eynəyini süni intellekt funksiyaları olan eynəklə əvəz edib. Nəzarətçilər vəziyyəti aşkar etdikdən sonra tələbə bunu etiraf edib. Universitet rəhbərliyi onunla bağlı görüləcək tədbirləri müzakirə edir.
Digər hadisə Seul Universitetində qeydə alınıb. Süni intellekt eynəklərindən istifadə edən tələbə imtahan zalından çıxarılıb və növbəti üç il ərzində universitetə qəbul imtahanlarında iştirakına qadağa qoyulub.