Capitalist.az
İqtisadiyyat

Dünya bazarlarında dolların mövqeyi güclənir

· 1 dəq ·

Dolların avro, İsveçrə frankı, Yapon yeni, Kanada dolları, Britaniya funtu və İsveç kronu qarşısındakı dəyərini ölçən dollar indeksi 102,6 səviyyəsinə yüksələrək 2025-ci ilin aprelindən bəri ən yüksək göstəricisinə çatıb.

Dünya bazarlarında dolların mövqeyi güclənir

ABŞ dolları Yaxın Şərqdə artan geosiyasi gərginlik, enerji təchizatı ilə bağlı narahatlıqlar və Federal Ehtiyat Sisteminin (Fed) faiz dərəcələrini artıracağına dair gözləntilər fonunda mövqeyini gücləndirib. Dolların avro, İsveçrə frankı, Yapon yeni, Kanada dolları, Britaniya funtu və İsveç kronu qarşısındakı dəyərini ölçən dollar indeksi 102,6 səviyyəsinə yüksələrək 2025-ci ilin aprelindən bəri ən yüksək göstəricisinə çatıb. Saat 11:40-da indeks 102,3 səviyyəsində olub.

Yaxın Şərqdə gərginliyin artması, xüsusilə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına hücumları və neft tankerlərinin hədəfə alınması enerji təchizatı ilə bağlı riskləri artırıb. Neft qiymətlərinin yüksəlməsi isə inflyasiya narahatlıqlarını gücləndirir. Dekabr ayı üzrə Brent markalı neft fyuçerslərinin bir barel üçün 105 dollara çatması bu riskləri daha da ön plana çıxarıb.

Bu şəraitdə bazarlarda Fed-in faiz dərəcələrini artırmaq ehtimalı müzakirə olunur. Klivlend Fed-in prezidenti Bet Hammak inflyasiyanı 2%-ə qaytarmaq üçün məhdudlaşdırıcı pul siyasətinin vacibliyini vurğulayıb. Fed İdarə Heyətinin üzvü Kristofer Ualler də dekabrda faiz artımının mümkünlüyünə işarə edib.

Digər tərəfdən, Fransanın maliyyə problemləri avroya təzyiq göstərir. Bununla yanaşı, ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyinin 5%-dən yüksək qalması dolları investorlar üçün daha cəlbedici edir.

Oxşar xəbərlər