Capitalist.az
Elm və texnologiya

Nvidia ilə bağlı ciddi iddialar: ABŞ şirkətə qarşı istintaqa başlayıb

· 1 dəq ·

Araşdırma şirkətin inkişaf etmiş çiplərinin və məxfi məlumatlarının Çinin əlinə keçib-keçmədiyini, eləcə də investorların yanıldılması ehtimalını müəyyən etməyi hədəfləyir.

Nvidia ilə bağlı ciddi iddialar: ABŞ şirkətə qarşı istintaqa başlayıb

ABŞ-da Nvidia şirkətinə qarşı Çinin yarımkeçirici texnologiyalarına çıxış əldə etməsi ehtimalı ilə bağlı istintaq başladılıb. Araşdırma şirkətin inkişaf etmiş çiplərinin və məxfi məlumatlarının Çinin əlinə keçib-keçmədiyini, eləcə də investorların yanıldılması ehtimalını müəyyən etməyi hədəfləyir.

İstintaq Kaliforniyanın baş prokuroru Rob Bonta tərəfindən başladılıb. O, Nvidia və şirkətin keçmiş rəhbərliyinin fəaliyyətində ciddi şübhələr olduğunu bildirib.

Məsələ Nvidia-nın keçmiş baş direktoru Jensen Huang ın Çin hökumətinə məlumat verdiyi iddia edilən çinli iş adamı Alice Huang ilə yaxın münasibətləri barədə xəbərlərdən sonra gündəmə gəlib.

Məlumatlara görə, Jensen Huang rəhbər vəzifələrindən istefa verib, maliyyə direktoru Colette Kress isə müvəqqəti baş direktor təyin olunub. Elon Musk da daxil olmaqla bir sıra texnologiya rəhbərləri Huangın vəzifəsinə qayıtmasını dəstəkləyib. Onun yenidən rəhbərliyə qayıtması üçün başladılan kampaniya 190 mindən çox imza toplayıb.

Oxşar xəbərlər