Capitalist.az
Dünya

Putin, Tramp və Si Cinpin arasında APEC sammiti çərçivəsində görüş ehtimalı müzakirə olunur – Rubio

· 1 dəq · Capitalist AZ

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Donald Tramp Ukrayna ilə Rusiya arasındakı müharibəyə son qoymaq istədiyini açıq şəkildə bəyan edib.

ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında Vyetnamda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində mümkün görüş müzakirə olunur.

ABŞ dövlət katibi Marko Rubio oktyabrın 19-da jurnalistlərə açıqlamasında görüşlə bağlı müzakirələrin aparıldığını, lakin yekun razılaşmanın əldə olunub-olunmadığını bilmədiyini deyib.

Rubio Trampın Rusiya ilə Ukrayna arasındakı müharibəni bitirmək istədiyini açıq şəkildə ifadə etdiyini vurğulayıb.

Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl The Wall Street Journal qəzetinə açıqlamasında Rusiya, ABŞ və Çin arasında üçtərəfli görüşün mümkünlüyünün nəzərdən keçirildiyini bildirib. Bununla belə, onun sözlərinə görə, görüşün təşkili və mümkün gündəliyi ilə bağlı hələlik konkret razılaşma yoxdur.

Oxşar xəbərlər