Qlobal bazarlarda qızılın qiyməti artmaqda davam edir!
Qızılın qiyməti dolların zəifləməsi və neftin ucuzlaşması fonunda həftəyə yüksəlişlə başlayıb.

Qızılın qiyməti dolların zəifləməsi və neftin ucuzlaşması fonunda həftəyə yüksəlişlə başlayıb. İnvestorlar ABŞ Federal Ehtiyat Sisteminin (Federal Reserve — Fed) faiz siyasəti ilə bağlı ipucları əldə etmək üçün inflyasiya göstəricilərini gözləyirlər.
Spot qızılın qiyməti 0,3% artaraq unsiya üçün 4206,01 dollara, dekabr fyuçersləri isə 0,3% yüksələrək 4230,40 dollara çatıb. Spot qızıl oktyabrın 2-dən bəri ən yüksək səviyyəsini qeydə alıb.
KCM Trade şirkətinin baş bazar analitiki Tim Waterer bildirib ki, dolların zəifləməsi və neftin ucuzlaşması qızılın bahalaşmasını dəstəkləyib. Rusiya ilə Ukrayna arasında enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı razılaşma gözləntiləri də bazara təsir göstərib.
İnvestorların diqqəti ABŞ-da açıqlanacaq inflyasiya və pərakəndə satış məlumatlarına yönəlib. Bu göstəricilər Fed-in gələcək faiz qərarlarına təsir edə bilər.
Digər qiymətli metallardan gümüş 0,5% artaraq 61,12 dollara, platin 1% yüksələrək 1704,70 dollara, palladium isə 1,2% bahalaşaraq 1161,81 dollara çatıb.