Capitalist.az
İqtisadiyyat

Qızıl həftəyə kəskin enişlə başladı, neft və faiz təzyiqi artır.

· 1 dəq ·

Qızılın qiyməti yeni həftənin ilk ticarət günündə kəskin ucuzlaşıb. Buna əsas səbəblər kimi neft qiymətlərinin yüksəlməsi fonunda inflyasiya ilə bağlı narahatlıqların artması və ABŞ Federal Ehtiyat Sisteminin (Fed) faiz siyasəti ilə bağlı gözləntilərin sərtləşməsi göstərilir.

Bazar ertəsi günü, Bakı vaxtı ilə səhər saatlarında qızılın bir unsiyasının qiyməti 2,6% azalaraq 4 170 ABŞ dollarına düşüb.

Qızıl üzərində satış təzyiqi neft bazarındakı yüksəliş fonunda güclənib. ABŞ prezidenti Donald Trampın İranın Hörmüz boğazını gəmiçilik üçün yenidən açmaq və münaqişənin dayandırılması ilə bağlı təklifini rədd etməsi xəbərlərindən sonra neft qiymətləri artıb.

Belə ki, Brent markalı neftin fyuçerslərinin qiyməti 2,6% yüksələrək 107 dollara, WTI markalı neftin qiyməti isə 1,5% artaraq 94 dollara çatıb.

Neft qiymətlərindəki yüksəliş enerji xərclərinin artması və bunun istehsal və istehlak xərclərinə təsir göstərməsi ehtimalını gücləndirib. Bu isə bazarlarda inflyasiya təzyiqləri ilə bağlı narahatlıqları artırır.

Digər tərəfdən, ABŞ dövlət istiqrazlarının yüksək gəlirliliyi də faiz gəliri yaratmayan qızıl üçün əlavə təzyiq formalaşdırır. İnvestorlar hazırda Fed-in qarşıdakı iclaslarında faiz dərəcələrinin hansı istiqamətdə dəyişəcəyinə diqqət yetirirlər.

Qeyd edək ki, Fed son iclasında uçot dərəcəsini 25 baza bəndi artıraraq 3,75%-4% aralığına yüksəldib. Bundan sonra bazar iştirakçılarının əsas diqqəti növbəti faiz qərarlarına və ABŞ-da inflyasiyanın dinamikasına yönəlib.

Analitiklər hesab edirlər ki, enerji qiymətlərinin yüksək olaraq qalması və faiz dərəcələri ilə bağlı sərt gözləntilərin davam etməsi qızıl bazarında dəyişkənliyi artıra bilər.

Oxşar xəbərlər