Revolut Böyük Britaniyada fərdi kreditlər təklif etməyə başladı
Rəqəmsal bank təminatsız kreditlərlə NatWest, Lloyds və Barclays kimi nəhənglərin dominantlıq etdiyi bazara çıxır

Rəqəmsal bank təminatsız kreditlərlə NatWest, Lloyds və Barclays kimi nəhənglərin dominantlıq etdiyi bazara çıxır
Avropanın ən dəyərli startapı sayılan rəqəmsal bank Revolut Böyük Britaniyada təminatsız şəxsi kreditlər təklif etməyə başlayıb. Bu barədə şirkətin Böyük Britaniyadakı baş icraçı direktoru Françeska Karlesi Reuters agentliyinə məlumat verib. Bununla Revolut ölkənin ən böyük banklarının nəzarətində olan gəlirli istehlak kreditləri bazarına daxil olur.
Addım Revolut-u əsas ödəniş və abunə məhsullarından kənara çıxararaq daha riskli fəaliyyət sahəsinə yönəldir. Bank NatWest, Lloyds, Barclays, Santander-in Britaniya bölməsi və HSBC ilə daha birbaşa rəqabət aparmağı hədəfləyir.
“Biz çox uğurlu gündəlik xərcləmə tətbiqi olmaqdan bazarı pozmaqdan, Birləşmiş Krallıqdakı hər kəs üçün əsas seçim bankına çevrilmək istəyirik”, - deyə Karlesi bildirib.
Revolut sözçüsünün verdiyi məlumata görə, kreditlərin məbləği 2000 funt sterlinqdən 25 000 funt sterlinqə qədər, illik faiz dərəcəsi isə 6,9%-dən 29,3%-ə qədər dəyişəcək.
Karlesi bildirib ki, bank əvvəlcə ehtiyatlı yanaşma tətbiq edəcək: kreditlər seçilmiş müştəri qrupuna təklif olunacaq, qarşıdakı aylarda isə Britaniyadakı 14 milyon müştəriyə genişləndiriləcək. Britaniyada ümumi kreditləşmə üçün konkret hədəf müəyyən edilməyib.
Şirkət yaxın gələcəkdə kredit kartı məhsulunu da təqdim edəcək. Bu, hər müştəridən əldə olunan gəliri artırmaq
Ənənəvi banklardan fərqli olaraq, Revolut-un onillik müştəri xərcləri və ödəniş tarixçəsi məlumatları yoxdur. Karlesi bildirib ki, bank anderraytinqini (kredit risklərinin qiymətləndirilməsini) xarici provayderlərdən alınan məlumatlarla tamamlayıb və öz kredit təhlilinə əmindir.
Onun sözlərinə görə, Revolut nəticədə risklərinin böyük hissəsini qiymətli kağızların satışı yolu ilə azaltmağa çalışacaq və kredit-depozit nisbətini digər banklardan xeyli aşağı olan təxminən 6% səviyyəsində saxlamağı hədəfləyir. Bundan əlavə, bank sonradan Britaniyanın yüksək rəqabətli ipoteka bazarına da çıxmağı planlaşdırır.
2015-ci ildə Nik Storonski və Vlad Yatsenko tərəfindən yaradılan Londonda yerləşən Revolut dünya üzrə 80 milyondan çox müştəriyə xidmət göstərir. Şirkətin özəl dəyəri 115 milyard dollardır və bu, Barclays və NatWest kimi birjada kotirovka olunan rəqiblərinin dəyərini üstələyir.
Buna baxmayaraq, bank hələ də müştəri başına gəlirdə rəqiblərindən xeyli geridədir. Eləcə də əsas bank hesabı kimi Revolut-dan istifadə edən və əmək haqqını bu hesaba qəbul edən müştərilərin nisbəti aşağıdır. Bu isə sürətli böyüməni davam etdirə biləcəyi ilə bağlı suallar doğurur.
Revolut-un sürətli yüksəlişi tənzimləyici və əməliyyat nəzarətini də gücləndirib. 2025-ci ildə Litvanın mərkəzi bankı əməliyyat monitorinqindəki çatışmazlıqlara görə banka rekord həddə 3,5 milyon avro cərimə tətbiq edib. Bu ay isə Revolut Google Cloud xidmətinin saatlarla işləməməsindən zərər çəkən maliyyə şirkətləri sırasında olub.
Kredit təşəbbüsü Böyük Britaniyada əmək bazarının zəifləməsi və artan inflyasiya fonunda gündəlik yaşayış xərclərinin ağırlaşdığı dövrə təsadüf edir. Bu amillər borcalanların öhdəliklərini yerinə yetirmək qabiliyyətinə mənfi təsir göstərə bilər.