Capitalist.az
Maliyyə

“İdeal Kredit” BOKT və rəhbərliyi 56 min manat cərimələndi

· 1 dəq · CapitalistAZ

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, “İdeal Kredit” bank olmayan kredit təşkilatı (BOKT) və onun vəzifəli şəxsi ümumilikdə 56 min manat cərimə olunub.

“İdeal Kredit” BOKT və rəhbərliyi 56 min manat cərimələndi

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, “İdeal Kredit” bank olmayan kredit təşkilatı (BOKT) və onun vəzifəli şəxsi ümumilikdə 56 min manat cərimə olunub.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə əsasən, BOKT 50 min manat , vəzifəli şəxs isə 6 min manat cərimə edilib. Sanksiya cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində (müştəri uyğunluğu, sənədlərin saxlanılması və daxili nəzarət proqramı) tələblərin pozulmasına görə tətbiq olunub. Qeyd edək ki, 2025-ci ilin sentyabrında da BOKT-un vəzifəli şəxsi eyni maddələr üzrə 2 500 manat cərimə edilmişdi.

2003-cü ildən fəaliyyət göstərən “İdeal Kredit”in nizamnamə kapitalı 646,7 min manatdır.

Oxşar xəbərlər