Capitalist.az
İqtisadiyyat

Rusiyanın Avropaya enerji ixracının dəyəri açıqlanıb

· 1 dəq ·

Rusiya Baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, ölkəsi 2022-ci ildən bəri Avropa İttifaqına ümumilikdə 320,7 milyard dollar dəyərində enerji resursları ixrac edib.

Rusiyanın Avropaya enerji ixracının dəyəri açıqlanıb

Rusiya Baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, ölkəsi 2022-ci ildən bəri Avropa İttifaqına ümumilikdə 320,7 milyard dollar dəyərində enerji resursları ixrac edib. O bildirib ki, bu məbləğ ABŞ-ın daha əvvəl açıqladığı 250 milyard dollarlıq göstəricini üstələyir.

Novak Rusiyanın dövlət televiziyası “Vesti”yə müsahibəsində sanksiyalara baxmayaraq, Avropaya enerji tədarükünün müəyyən istiqamətlər üzrə davam etdiyini qeyd edib. Onun sözlərinə görə, 2026-cı ilin ilk 9 ayında Avropaya 21,3 milyard dollar dəyərində enerji resursları göndərilib. Rusiya tərəfi müqavilə öhdəliklərini yerinə yetirməyə davam etdiyini və son illərdə Avropaya enerji ixracının strukturunda ciddi dəyişikliklərin baş verdiyini bildirib.

Novak həmçinin Rusiya ilə ABŞ arasında dizel yanacağının tədarükü ilə bağlı danışıqların başladığını açıqlayıb. Məsələnin hər iki ölkənin enerji nazirlikləri və müvafiq şirkətləri səviyyəsində müzakirə edildiyi bildirilib.

Onun sözlərinə görə, Rusiya ilin sonuna qədər aylıq dizel yanacağı ixracını 3,5 milyon tona çatdırmaq imkanına malikdir. Novak əlavə tədarüklərin qlobal enerji bazarında tələb və təklif balansına töhfə verə biləcəyini qeyd edib. O, neft qiymətlərinin artmasını isə əsasən nəqliyyat xərclərinin yüksəlməsi və nəqliyyat vasitələrinin çatışmazlığı ilə əlaqələndirib.

Oxşar xəbərlər