Sinorra daşınmaz əmlak bazarını rəqəmsallaşdırır
Platformanın əsasını House OS sistemi təşkil edir və istifadəçilərə əmlakın bütün həyat dövrünü bir məkanda idarə etmək imkanı yaradır.

Azərbaycanda daşınmaz əmlakın axtarışı, alqı-satqısı və idarə olunması prosesini asanlaşdırmağa yönəlmiş yeni rəqəmsal platforma – Sinorra fəaliyyətə başlayıb. Platformanın əsasını House OS sistemi təşkil edir və istifadəçilərə əmlakın bütün həyat dövrünü bir məkanda idarə etmək imkanı yaradır. Sinorranın əsas xüsusiyyətlərindən biri hər bir əmlak üçün yaradılan rəqəmsal “Əmlak Pasportu”dur. Burada əmlakın sənədləri, tarixçəsi və əsas göstəriciləri saxlanılır. Bu yanaşma bazarda şəffaflığı və etibarı artırmağa, qərarların real məlumatlara əsaslanmasına kömək edir.
Platforma saxta elanların qarşısının alınması, əmlakın ədalətli qiymətləndirilməsi və alqı-satqı prosesinin sadələşdirilməsini hədəfləyir. HouseValue sistemi qiymət aralığını müəyyənləşdirir, House AI isə investisiya təhlili, ödəmə imkanlarının hesablanması və danışıqlar üzrə tövsiyələr təqdim edir.
Bundan əlavə, Sinorra xəritə analitikası, Private Market və peşəkarlar üçün xüsusi idarəetmə alətləri təklif edir. Platforma alıcıları, satıcıları, investorları və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkətləri vahid ekosistemdə birləşdirməyi qarşısına məqsəd qoyur.