Çində iqtisadi artımın zəifləməsinə qarşı yeni plan hazırlanır!
Hökumət həmçinin daşınmaz əmlak bazarını sabitləşdirmək üçün əlavə addımları nəzərdən keçirəcək.

Çin hökuməti iqtisadi artımdakı yavaşlamanın qarşısını almaq üçün yeni dəstək tədbirləri hazırlayır. Hökumət həmçinin daşınmaz əmlak bazarını sabitləşdirmək üçün əlavə addımları nəzərdən keçirəcək.
Baş nazir Li Qiangın sədrliyi ilə keçirilən Dövlət Şurasının iclasından sonra verilən açıqlamada iqtisadi artımı dəstəkləmək üçün yeni siyasət paketlərinin tətbiq ediləcəyi bildirilib. Hökumət iqtisadiyyatı canlandırmaq məqsədilə əlavə maliyyə və kredit imkanlarından istifadə etməyi planlaşdırır. Bundan başqa, innovasiya və texnologiya sahəsində investisiyaların artırılması, kiçik müəssisələrə və kənd təsərrüfatına kreditlərin genişləndirilməsi nəzərdə tutulur. Daşınmaz əmlak bazarının sabitləşdirilməsi, məşğulluğun qorunması və əhalinin gəlirlərinin artırılması da əsas prioritetlər sırasındadır. Çin iqtisadiyyatı ikinci rübdə illik 4,3% artıb. Bu göstəricinin üçüncü rübdə hökumətin 4,5–5% hədəfindən aşağı qalacağı gözlənilir. Zəif istehlak və investisiyalardakı azalma iqtisadi artıma təzyiq göstərir.