Capitalist.az
Elm və texnologiya

SpaceX-in yeni planı: Süni intellekt məlumat mərkəzləri kosmosa köçürülür

· 1 dəq ·

Şirkətin “Starmind” adlandırdığı peyk şəbəkəsinin məqsədi süni intellekt hesablamalarını kosmosa köçürərək orbitdəki peyklər vasitəsilə həyata keçirməkdir.

SpaceX-in yeni planı: Süni intellekt məlumat mərkəzləri kosmosa köçürülür

ABŞ Federal Rabitə Komissiyası (FCC), SpaceX-in orbitə 1 milyona qədər məlumat mərkəzi peyki yerləşdirmək planına qismən icazə verib. Şirkətin “Starmind” adlandırdığı peyk şəbəkəsinin məqsədi süni intellekt hesablamalarını kosmosa köçürərək orbitdəki peyklər vasitəsilə həyata keçirməkdir.

Noyabrın 25-də yayımlanan qərara əsasən, SpaceX peyklərin lazer bağlantıları sıradan çıxdıqda ehtiyat rabitə və təcili idarəetmə əmrləri üçün iki Ka-band tezlik diapazonundan istifadə edə biləcək.

Bununla belə, FCC peyklərin istismar müddəti başa çatdıqdan sonra orbitdən necə çıxarılacağı ilə bağlı məsələlərin böyük hissəsini hələlik təxirə salıb.

Qurum Amazon Leo (əvvəlki Kuiper), Viasat və Amerika Astronomiya Cəmiyyətinin layihənin dayandırılması ilə bağlı müraciətlərini də rədd edib. FCC qərarında təşəbbüsün ABŞ-ın kosmos və süni intellekt sahəsində liderliyini gücləndirə biləcəyini vurğulayıb.

Oxşar xəbərlər