ABŞ-ın Kanadadan 1 milyard dollarlıq məhsul idxalına qadağası qüvvədədir.
ABŞ-ın Kanadadan təxminən 1 milyard dollar dəyərində müəyyən məhsulların idxalına qoyduğu qadağa indiyədək qüvvədədir. ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal olunan bəzi məhsulların ölkə ərazisində satışını qadağan edən fərman imzalayıb. Qadağa spirtli içkilər, süd məhsulları və motorlu nəqliyyat vasitələri də daxil olmaqla bir sıra məhsullara şamil olunur.

ABŞ-ın Kanadadan təxminən 1 milyard dollar dəyərində müəyyən məhsulların idxalına qoyduğu qadağa indiyədək qüvvədədir.
ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal olunan bəzi məhsulların ölkə ərazisində satışını qadağan edən fərman imzalayıb. Qadağa spirtli içkilər, süd məhsulları və motorlu nəqliyyat vasitələri də daxil olmaqla bir sıra məhsullara şamil olunur.
Təxminən 1 milyard dollar dəyərində malları əhatə edən qadağanın ABŞ və Kanada arasında illik 880 milyard dollarlıq ticarət dövriyyəsi ilə müqayisədə böyük təsir göstərməyəcəyi gözlənilir. Bununla belə, bu addım iki ölkə arasında davam edən ticarət müharibəsində yeni mərhələ kimi qiymətləndirilir.
ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir bildirib ki, bu qərar Kanadanın ABŞ ixracatına qarşı “ayrı-seçkilik” siyasətinin nəticəsidir.
Xatırladaq ki, ABŞ administrasiyası iyul ayında Kanadanın Amerika məhsullarına qarşı “ayrı-seçkilik” tətbiq etdiyini əsas gətirərək, Kanadadan idxal olunan müəyyən məhsullara 50%-lik tarif tətbiq edəcəyini açıqlamışdı. Bu tariflər avqustun 22-də qüvvəyə minib.
Kanada hökuməti isə buna cavab olaraq bəzi ABŞ məhsullarına 15%, 25% və 50% gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb. Sözügedən tariflərin sentyabrın 8-də qüvvəyə minəcəyi bildirilib.