Capitalist.az
İqtisadiyyat

Ankarada türk iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub.

· 1 dəq ·

Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev Ankarada OSTİM Mütəşəkkil Sənaye Zonasının rəhbərliyi və müxtəlif sektorları təmsil edən iş adamları ilə görüşüb.

Ankarada türk iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub.

Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev Ankarada OSTİM Mütəşəkkil Sənaye Zonasının rəhbərliyi və müxtəlif sektorları təmsil edən iş adamları ilə görüşüb.

Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev Ankaraya işgüzar səfər edib. Səfər çərçivəsində ölkənin investisiya imkanları türk iş dairələrinə təqdim olunub. Bu barədə İqtisadiyyat Nazirliyi AZƏRTAC-a məlumat verib.

Səfərin əsas görüşlərindən biri OSTİM Mütəşəkkil Sənaye Zonasının İdarə Heyətinin sədri Orhan Aydın ilə keçirilib. Tərəflər Sənaye Zonası ilə mümkün əməkdaşlıq istiqamətlərini, birgə layihələri və investisiya sahələrini müzakirə ediblər.

Görüşdə həmçinin Sənaye Zonasına üzv şirkətlərin Azərbaycana səfərlərinin təşkil edilməsinin faydalı ola biləcəyi vurğulanıb. Belə səfərlər şirkətlərə Azərbaycan bazarı ilə birbaşa tanış olmaq və potensial tərəfdaşlarla əlaqə qurmaq imkanı verə bilər.

Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsinin aparatı Ankarada müxtəlif sahələri təmsil edən iş adamları ilə də görüş təşkil edib. Tədbirdə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinin və birgə təşəbbüslərin dəstəklənməsinin əhəmiyyəti qeyd olunub.

Görüşün proqramına Azərbaycanda investisiya imkanlarına dair təqdimat da daxil olub. İştirakçılara sərmayədarlar üçün nəzərdə tutulan güzəşt və təşviq mexanizmləri barədə məlumat verilib.

Təqdimatdan sonra iş adamlarının sualları cavablandırılıb. Tərəflər Azərbaycanda həyata keçirilə bilən potensial layihələr və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər