Capitalist.az
İqtisadiyyat

İlham Əliyev: Dolların məzənnəsi 1,70 manat olaraq qalacaq .

· 2 dəq ·

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə milli valyutanın sabitliyinin qorunduğunu və ABŞ dollarının manata qarşı məzənnəsinin 2017-ci ilin aprelindən dəyişmədiyini bildirib.

Prez Azərbaycan Prezidenti İlham Əliyev ölkədə milli valyutanın sabitliyinin qorunduğunu və ABŞ dollarının manata qarşı məzənnəsinin 2017-ci ilin aprelindən dəyişmədiyini bildirib.

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “ Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə sualları cavablandırarkən Azərbaycanın maliyyə sistemi, dövlət borcu və valyuta ehtiyatları barədə danışıb.

Dövlət başçısı bildirib ki, siyasi və iqtisadi sabitliklə yanaşı, ölkənin maliyyə sisteminin güclü olması mühüm amillərdəndir.

“ Bu gün siyasi və iqtisadi sabitlik mühüm amildir. Digər amil isə bizim maliyyə sistemimizin çox güclü olmasıdır və sizin də qeyd etdiyiniz kimi, bizim çox aşağı dövlət borcumuz var – 20 faiz. Lakin bu göstərici daxili borcla birlikdədir. Xarici borc ÜDM-in 5,6 faizini təşkil edir və əslində, biz onu bir gündə sıfırlaya bilərik. Çünki bizim valyuta ehtiyatlarımız xarici borcumuzu demək olar ki, 20 dəfə üstələyir”, – Prezident qeyd edib.

İlham Əliyev milli valyutanın məzənnəsinin sabitliyinə də toxunub.

“ Valyutamız sabitdir. 2017-ci ilin aprel ayından dollara münasibətdə məzənnə dəyişməyib. Məzənnə 1 dollar 1,7 manat idi, 2017-ci ilin aprelində belə idi və bu gün də belədir və belə də olmağa davam edəcək. Çünki bizim yaxşı ticarət balansımız var”, – Azərbaycan Prezidenti bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycanın valyuta ehtiyatlarının həcmi ölkənin xarici borcunu əhəmiyyətli dərəcədə üstələyir və müsbət ticarət balansı manatın sabitliyini dəstəkləyən əsas amillərdən biri olaraq qalır. ident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “ Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə sualları cavablandırarkən Azərbaycanın maliyyə sistemi, dövlət borcu və valyuta ehtiyatları barədə danışıb.

Dövlət başçısı bildirib ki, siyasi və iqtisadi sabitliklə yanaşı, ölkənin maliyyə sisteminin güclü olması mühüm amillərdəndir.

“ Bu gün siyasi və iqtisadi sabitlik mühüm amildir. Digər amil isə bizim maliyyə sistemimizin çox güclü olmasıdır və sizin də qeyd etdiyiniz kimi, bizim çox aşağı dövlət borcumuz var – 20 faiz. Lakin bu göstərici daxili borcla birlikdədir. Xarici borc ÜDM-in 5,6 faizini təşkil edir və əslində, biz onu bir gündə sıfırlaya bilərik. Çünki bizim valyuta ehtiyatlarımız xarici borcumuzu demək olar ki, 20 dəfə üstələyir”, – Prezident qeyd edib.

İlham Əliyev milli valyutanın məzənnəsinin sabitliyinə də toxunub.

“ Valyutamız sabitdir. 2017-ci ilin aprel ayından dollara münasibətdə məzənnə dəyişməyib. Məzənnə 1 dollar 1,7 manat idi, 2017-ci ilin aprelində belə idi və bu gün də belədir və belə də olmağa davam edəcək. Çünki bizim yaxşı ticarət balansımız var”, – Azərbaycan Prezidenti bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycanın valyuta ehtiyatlarının həcmi ölkənin xarici borcunu əhəmiyyətli dərəcədə üstələyir və müsbət ticarət balansı manatın sabitliyini dəstəkləyən əsas amillərdən biri olaraq qalır.

Oxşar xəbərlər