Niderlandın Azərbaycana investisiyaları son 6 ayda artıb.
Niderlandın Azərbaycana yatırdığı birbaşa xarici investisiyaların həcmi 2026-cı ilin ilk yarısında 3 dəfə artıb.

Niderlandın Azərbaycana yatırdığı birbaşa xarici investisiyaların həcmi 2026-cı ilin ilk yarısında 3 dəfə artıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ilin ilk 6 ayında Niderlanddan Azərbaycana 60 milyon ABŞ dolları investisiya yatırılıb. Ötən ilin eyni dövründə bu rəqəm 19,75 milyon dollar olub.
Beləliklə, Niderlandın Azərbaycana yatırdığı investisiyalar bir il ərzində 40,3 milyon dollar artıb.
Bu investisiyalar Azərbaycana yatırılan ümumi birbaşa xarici investisiyaların 1,6%-ni təşkil edib.
Eyni zamanda, Azərbaycanın Niderlanda yatırdığı investisiyaların həcmi 11 milyon dollar olub. Bu, ötən ilin ilk yarısı ilə müqayisədə 6 dəfə çoxdur.
Ümumilikdə, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına 3,66 milyard dollardan çox birbaşa xarici investisiya yatırılıb. Bu, illik müqayisədə 13,8% artım deməkdir.
Bu dövrdə Azərbaycanın xarici ölkələrə yatırdığı birbaşa investisiyaların həcmi isə təxminən 5 milyard dollar olub. Göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə artıb.