Azərbaycanda yeni psixologiya platforması fəaliyyətə başlayıb
Platforma istifadəçiləri peşəkar psixoloqlarla bir araya gətirərək onlayn və əyani görüşlər, vebinarlar və video təlimlər təqdim edir.

Azərbaycanda psixoloji dəstəyə çıxışı asanlaşdırmağa və psixoloji sağlamlıq haqqında məlumatlılığı artırmağa yönəlmiş rəqəmsal platforma – Havenminds fəaliyyət göstərir. Platforma istifadəçiləri peşəkar psixoloqlarla bir araya gətirərək onlayn və əyani görüşlər, vebinarlar və video təlimlər təqdim edir.
Havenminds-in əsas məqsədi insanların psixoloji dəstək alması qarşısındakı maneələri azaltmaq və ehtiyaclarına uyğun mütəxəssis tapmasını asanlaşdırmaqdır. Platforma xüsusilə psixoloqa müraciətlə bağlı çəkinmə, məxfilik narahatlığı və uyğun görüş vaxtı tapmaq kimi problemlərin həllinə yönəlib.
İstifadəçilər psixoloqları ixtisas və görüş formatına görə axtara, məxfi fərdi seanslar üçün vaxt seçə bilərlər. Bundan əlavə, platformada pulsuz və ödənişli canlı vebinarlar, şəxsi inkişaf üzrə video təlimlər və rəqəmsal sertifikatlar təqdim olunur.
Havenminds həmçinin psixologiya ilə bağlı maarifləndirici məqalələr vasitəsilə Azərbaycan dilində keyfiyyətli məlumatların əlçatanlığını artırmağı hədəfləyir. Platforma psixoloji dəstək, təhsil və rəqəmsal xidmətləri vahid ekosistemdə birləşdirməyi qarşısına məqsəd qoyur.