Capitalist.az
Digər

Edusaz ilə təhsil imkanları bir arada

· 1 dəq ·

Platforma tələbələrə universitetləri müqayisə etmək, özlərinə uyğun təqaüd proqramlarını tapmaq, IELTS və SAT imtahanlarına hazırlaşmaq, eləcə də universitetlərə birbaşa müraciət göndərmək imkanı yaradır.

Edusaz ilə təhsil imkanları bir arada

Azərbaycanda xaricdə təhsil almaq istəyən tələbələrin universitet seçimi, təqaüd axtarışı və qəbul prosesini asanlaşdırmağa yönəlmiş yeni rəqəmsal platforma – Edusaz fəaliyyətə başlayıb.

Platforma istifadəçilərə universitetləri müqayisə etmək, uyğun təqaüd proqramlarını tapmaq, IELTS və SAT imtahanlarına hazırlaşmaq, eləcə də universitetlərə birbaşa müraciət etmək imkanı yaradır. Edusaz 31 dildə fəaliyyət göstərir və tələbələr üçün ödənişsizdir.

Layihənin əsas məqsədi xaricdə təhsillə bağlı bütün mərhələləri vahid platformada birləşdirərək tələbələrin məlumat əldə etməsini asanlaşdırmaq və seçim prosesini daha şəffaf etməkdir. Bu yanaşma müxtəlif saytlarda yerləşdirilən məlumatların axtarışı, təhsil haqlarının və qəbul şərtlərinin müqayisəsi, həmçinin müraciət tarixlərinin izlənilməsi ilə bağlı çətinlikləri aradan qaldırmağa yönəlib. Universitetlər də öz profillərindəki məlumatları yeniləyərək onların aktuallığını təmin edə bilirlər.

Edusaz xaricdə oxumaq istəyən abituriyent və tələbələrlə yanaşı, beynəlxalq tələbələr cəlb etmək istəyən universitetlər, eləcə də tədris xidmətlərini onlayn təqdim edən müəllimlər və təhsil mərkəzləri üçün nəzərdə tutulub.

Platformada dövlət, fond və universitet təqaüdləri haqqında məlumatlar vahid siyahıda təqdim olunur. İstifadəçilər həmçinin müxtəlif ölkələr üzrə təhsil bələdçilərindən yararlana və 2 dəqiqəlik uyğunluq testi vasitəsilə özlərinə uyğun imkanları müəyyənləşdirə bilərlər. IELTS, SAT və digər qəbul imtahanlarına hazırlıq kursları da təqdim olunur. Kursların ödənişi ePoint vasitəsilə Azərbaycan manatı ilə həyata keçirilir.

Bundan əlavə, Edusaz universitetlər üçün idarəetmə paneli və ideya sahiblərinin potensial tərəfdaşlar tapmasına kömək edən “Gizli istedadlar” bölməsini təqdim edir. Platforma bu imkanlar vasitəsilə təhsil müəssisələri ilə tələbələr arasında əlaqələri gücləndirməyi və xaricdə təhsil imkanlarını daha əlçatan etməyi hədəfləyir.

Oxşar xəbərlər