Çinin ixracı sentyabrda 36% artıb
Çinin ticarət profisiti ilin ilk 9 ayında 938 milyard dollara çatıb. Sentyabrda ixracın gözləniləndən daha sürətli artması ölkənin ötən il qeydə alınan illik rekordu yeniləmək ehtimalını gücləndirib.

Çinin ticarət profisiti ilin ilk 9 ayında 938 milyard dollara çatıb. Sentyabrda ixracın gözləniləndən daha sürətli artması ölkənin ötən il qeydə alınan illik rekordu yeniləmək ehtimalını gücləndirib.
Çin Baş Gömrük İdarəsinin məlumatına görə, sentyabrda ixrac ötən ilin eyni ayı ilə müqayisədə 36% artıb. Bu, fevraldan bəri ən yüksək artım tempidir. Avqustda ixrac artımı 25% təşkil edib. İdxal isə sentyabrda 31% yüksəlib.
Sentyabr üzrə ticarət profisiti 133,5 milyard dollara çataraq analitiklərin 117,8 milyard dollarlıq proqnozunu üstələyib. Mövcud göstəricilər ümumi profisitin 1 trilyon dolları keçə biləcəyini göstərir.
ABŞ-ın tarif siyasəti fonunda Çin şirkətləri alternativ ixrac bazarlarına yönəlir. Süni intellekt texnologiyalarına və çiplərə qlobal tələbat da ixracı dəstəkləyir. Bununla belə, Çinin ticarət profisitinin artması Avropa İttifaqı və digər ticarət tərəfdaşlarında narahatlıq yaradır.
Sentyabrda Çinin Avropa İttifaqı ilə ticarət profisiti illik müqayisədə təxminən 21% artaraq rekord həddə — 34,8 milyard dollara çatıb.