Capitalist.az
Dünya

Fransada onlarla polis Daxili İşlər Nazirliyi qarşısında etiraz aksiyası keçirib

· 1 dəq ·

Fransanın paytaxtı Parisdə onlarla polis əməkdaşı Daxili İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib.

Fransada onlarla polis Daxili İşlər Nazirliyi qarşısında etiraz aksiyası keçirib

Fransanın paytaxtı Parisdə onlarla polis əməkdaşı Daxili İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib.

Yerli mediaya istinadən verilən məlumata görə, aksiya Alyans həmkarlar ittifaqı tərəfindən təşkil edilib. Həmkarlar ittifaqı bayraqları ilə toplaşan polislər iş şəraitinin yaxşılaşdırılmasını, habelə maaş və bonusların artırılmasını tələb ediblər.

Etirazçılar ölkədə son vaxtlar keçirilən aksiyalar zamanı baş verən zorakılıq hallarını əsas gətirərək risk sığorta haqlarının 35 faiz artırılmasını istəyirlər.

Həmkarlar ittifaqı ABŞ-da yerləşən X şirkətinin sosial media platformasındakı hesabında yaydığı bəyanatda bildirib ki, aksiyadan sonra nümayəndələr daxili işlər naziri Loran Nunez ilə görüşüblər.

Lisey şagirdlərinin etirazları davam edir

Qeyd edək ki, Fransada lisey şagirdləri sentyabrın 17-dən təhsil şəraitinin yaxşılaşdırılması, məktəblərə daha çox vəsait ayrılması və müəllim sayının artırılması tələbi ilə aksiyalar keçirirlər.

Hökumətlə orta məktəb həmkarlar ittifaqları və nümayəndələri arasında danışıqlar dövründə səngiyən etirazlar, hökumətin təhsil sahəsi üzrə öhdəlikləri qeyri-kafi hesab edildikdən sonra noyabrın 4-də yenidən alovlanıb.

Polisin məktəbli etirazlarına müdaxiləsi mübahisələrə səbəb olub. Məlumata görə, təxminən 300 təhsil işçisi yaralanıb, 8 min nəfər isə saxlanılıb.

Bundan əlavə, yüksək yaşayış xərclərinə qarşı cəmiyyətin müxtəlif təbəqələrinin dəstəyini qazanan “Sarı jiletlilər” hərəkatı da vaxtaşırı etiraz aksiyalarını davam etdirir.

Oxşar xəbərlər