Galaxy S27 Ultra hansı rənglərdə təqdim ediləcək?
Sızan məlumatlara görə, smartfonun əsasən qara, mavi, açıq çəhrayı və ağ rənglərdə təqdim edilməsi gözlənilir.

Samsung-un yeni flaqman modeli Galaxy S27 Ultra ilə bağlı ilk məlumatlar ortaya çıxıb. Sızan məlumatlara görə, smartfonun əsasən qara, mavi, açıq çəhrayı və ağ rənglərdə təqdim edilməsi gözlənilir. Bundan əlavə, əvvəlki modellərdə olduğu kimi xüsusi bənövşəyi rəng seçiminin də olacağı iddia edilir. İndiyə qədər yayılan CAD görüntülərində Galaxy S27 Ultra-nın qara versiyası nümayiş olunub. Təqdimat tarixi yaxınlaşdıqca digər rəng seçimlərinin də görüntülərinin ortaya çıxacağı gözlənilir.
Yeni flaqmanın yalnız dizayn baxımından deyil, texniki xüsusiyyətləri ilə də yenilənəcəyi bildirilir. Məlumata görə, cihaz yeni arxa kamera dizaynına və daha böyük batareyaya sahib olacaq. Performans baxımından isə smartfonun Snapdragon 8 Elite Extreme Gen 6 çipseti ilə təchiz ediləcəyi gözlənilir. Hazırda bu məlumatlar Samsung tərəfindən rəsmi təsdiqlənməyib. Yeni Galaxy S27 Ultra-nın yaxın aylarda təqdim ediləcəyi və təqdimata qədər cihaz haqqında daha çox detalın paylaşılacağı gözlənilir.