Capitalist.az
Elm və texnologiya

Samsungun qazancı rekord həddə çatdı!

· 1 dəq ·

Şirkətin üçüncü rüb üzrə ilkin məlumatlarına görə, əməliyyat mənfəətinin 107,4 trilyon vona, yəni təxminən 80,2 milyard dollara çatacağı gözlənilir.

Samsungun qazancı rekord həddə çatdı!

Samsung Electronics süni intellektə olan güclü tələbin təsiri ilə rekord qazanc əldə etməyə hazırlaşır. Şirkətin üçüncü rüb üzrə ilkin məlumatlarına görə, əməliyyat mənfəətinin 107,4 trilyon vona, yəni təxminən 80,2 milyard dollara çatacağı gözlənilir. Bu, Samsung tarixində əməliyyat mənfəətinin ilk dəfə 100 trilyon vonu keçməsi deməkdir.

Şirkətin əməliyyat mənfəətinin illik müqayisədə 782% artacağı, gəlirin isə təxminən 195 trilyon von təşkil edəcəyi proqnozlaşdırılır. Gəlirin illik artımının 127% olacağı gözlənilir. Rekord nəticələrə baxmayaraq, Samsung səhmləri cümə axşamı səhər 0,7% ucuzlaşıb. Analitiklər bildirirlər ki, şirkətin nəticələri yüksək bazar gözləntilərini tam qarşılamayıb. Süni intellektə yatırımların artması yaddaş çiplərinə tələbi gücləndirir. Xüsusilə daha çox yaddaş tələb edən süni intellekt agentlərinin yayılması çip bazarında tələbin gələcəkdə də yüksək qalmasına dəstək verə bilər.

Oxşar xəbərlər