Samsung Galaxy S27 seriyasının gözlənilən qiymətləri açıqlanıb!
İlkin məlumatlara əsasən, Galaxy S27 modelinin 899 dollar, S27 Plus modelinin 1.099 dollar, S27 Pro modelinin 1.299 dollar, S27 Ultra modelinin isə 1.399 dollar qiymətinə satışa çıxarılacağı ehtimal edilir.

Samsung Galaxy S27 seriyasının qiymətləri və ekran xüsusiyyətləri ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Yeni seriyaya Galaxy S27, S27 Plus, S27 Pro və S27 Ultra modellərinin daxil olacağı gözlənilir.
İlkin məlumatlara əsasən, Galaxy S27 modelinin 899 dollar, S27 Plus modelinin 1.099 dollar, S27 Pro modelinin 1.299 dollar, S27 Ultra modelinin isə 1.399 dollar qiymətinə satışa çıxarılacağı ehtimal edilir. Bununla belə, operativ yaddaşın (RAM) və digər komponentlərin bahalaşması yekun qiymətlərə təsir göstərə bilər.
Ekran texnologiyası ilə bağlı məlumatlara görə, Galaxy S27 və S27 Plus modellərində M14 Plus OLED panelindən, Pro və Ultra versiyalarında isə daha yeni M16 ekran texnologiyasından istifadə edilə bilər.
Samsung-un yeni seriyanı 2027-ci ilin ilk aylarında təqdim edəcəyi gözlənilir. Lakin şirkət təqdimat tarixi, texniki xüsusiyyətlər və qiymətlərlə bağlı hələlik rəsmi açıqlama verməyib. Yekun məlumatların təqdimat zamanı dəqiqləşəcəyi gözlənilir.