Capitalist.az
Maliyyə

Geosiyasi risklər kənd təsərrüfatı məhsullarını bahalaşdırdı!

· 1 dəq ·

Əmtəə bazarında geosiyasi gərginlik və iqlim problemləri təkliflə bağlı narahatlıqları artırıb.

Geosiyasi risklər kənd təsərrüfatı məhsullarını bahalaşdırdı!

Əmtəə bazarında geosiyasi gərginlik və iqlim problemləri təkliflə bağlı narahatlıqları artırıb. Bu səbəbdən xüsusilə kənd təsərrüfatı məhsullarının qiymətlərində ciddi artımlar qeydə alınıb. Ötən ay Çikaqo Ticarət Birjasında buğdanın qiyməti 21% , qarğıdalının 16% , soyanın 8,5% , düyünün isə 9,2% artıb. Qəhvə 1% , şəkər 21,5% , pambıq isə 13,9% bahalaşıb. Buğdanın bahalaşmasının əsas səbəblərindən biri Rusiya-Ukrayna müharibəsinin Qara dənizdə taxıl ticarətinə yaratdığı risklərdir. Hücumlar və limanların bağlanması taxıl tədarükünü çətinləşdirərək qiymətləri yüksəldib.

Qarğıdalının qiymətinə quraqlıq və ABŞ ilə Braziliyada məhsulun azalması təsir edib. Çində soya paxlasına tələbatın yüksək olması da qiymət artımını dəstəkləyib. Hindistanda və digər Asiya ölkələrində qeyri-sabit hava şəraiti düyü istehsalı ilə bağlı narahatlıqları artırıb. Kakao bazarında da ciddi dəyişiklik baş verib. Ötən il qiyməti 48,1% azalan kakao bu il yenidən bahalaşmağa başlayıb. Ötən ay kakao 25,5% artaraq tonuna 6771 dollara çatıb. Yanvar və fevral aylarında isə qiymətlər müvafiq olaraq 31,3% və 30,7% düşmüşdü. Ekspertlər kakao qiymətlərindəki son artımı iqlim dəyişiklikləri, yüksək temperatur və Qərbi Afrikada istehsalla bağlı narahatlıqlarla əlaqələndirirlər.

Oxşar xəbərlər