Həmvətənimiz Qazaxıstan Xalq Şurasının tərkibinə daxil edilib
Kostanay vilayətinin "Birlik" azərbaycanlıların etnomədəni birliyi" ictimai birliyinin sədri Rafail Səddəddin oğlu Hacıbalayev Qazaxıstan Xalq Şurasının — Қазақстан Халық Кеңесі — tərkibinə daxil edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Akordaya istinadən məlumat yayımlanıb. Xalq Şurasının tərkibi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin fərmanı ilə təsdiq olunub.
Qazaxıstan Xalq Şurası Qazaxıstan Respublikası xalqının maraqlarını təmsil edən ali konstitusion məşvərətçi orqandır.
Şura dövlətin daxili siyasətinin əsas istiqamətləri üzrə təklif və tövsiyələr hazırlayır, Qurultaya qanun layihələri təqdim edir və ümumxalq referendumunun təyin edilməsi barədə təşəbbüslə çıxış edir.